was added to your cart
 (+99412) 437 84 81, 595 53 89 - (+99455) 207 73 70, 280 88 58

Windows əməliyyat sistemində fayl sisteminin iş prinsipi

Windows əməliyyat sistemində fayl sisteminin iş prinsipi
Windows əməliyyat sistemində məlumatların saxlanması üçün 2 tip obyektlər vardır. Faylllar və qovluqlar. Qovluqlar (Folder) bizə fayllarımızı qruplaşdırmaq imkanı verir. Qovluqların fərqli növləri olmadığı üçün və onları bir birindən ayırmağa ehtiyac olmadığı üçün onları bir birilərindən ayıran yalnız adları olur ki, adları da istifadəçi özü istədiyi formada təyin edə bilir. Fayllar da isə ad 2 hissədən ibarət olur. Adı və tipi (extension). Ad və tip bir birindən “.” işarəsi ilə ayrılır. Nöqtədən əvvəlki hissə faylın adını sonrakı hissə isə tipini bildirir. Ad insanlar üçün nəzərdə tutulub və insanlar faylların içində nə məlumat olduğunu özlərinə xatırlatmaq üçün faylın adını özlərinə rahat formada təyin edirlər. Tip isə əməliyyat sistemi üçündür. Bəzən buna faylın formatı da deyirlər. Məsələn sekilim.jpg bir fayldır. Burada “sekilim” faylın adıdır. Nöqtədən sonra gələn “jpg” isə əməliyyat sistemimizə bunu bildirir ki bu şəkil faylıdır və biz bu faylı açmaq istəyəndə sistem bu faylı şəkil göstərmə və ya redaktə etmə üçün nəzərdə tutulmuş Paint, Photoshop və s. kimi proqramlardan biri ilə açıb bizə göstərə bilər. Məsələn biz həmin faylın nöqtədən sonrakı hissəsini silsək görəcəyik ki, faylın görünüşü dəyişdi. Artıq əməliyyat sistemimiz faylı hansı proqramla aça biləcəyini bilmir və faylı işlətməyə çalışsaq bizdən həmin faylı hansı proqramla açmaq barədə soruşacaqdır. Faylın tipini (yəni jpg) dəyişib “doc” yazsaq görəcəyik ki yenə faylın görünüşü dəyişdi və bu dəfə fayla klikləyəndə sistem onu artıq Microsoft Word proqramı ilə açmağa çalışır. Lakin bu kimi məlumatları bilməyən istifadəçilərin bilmədən fayllarını dəyişməmələri üçün sistem faylın yalnız adını bizə göstərir. Yəni biz nöqtədən sonra olan hissəni görmürük. Nöqtədən sonra olan hissəni də görmək üçün My Computer-i açdıqdan sonra Alt düyməsini sıxıb Tools-Folder options menüsünü açmaq lazımdır. Bu menünün View bölməsindən Hide extensions for known file types funksiyasını passivləşdirmək kifayətdir.

Folder options

Leave a Reply

* Name:
* E-mail: (Not Published)
   Website: (Site url withhttp://)
* Comment:
Type Code
bir mesajiniz var